Bakıda 18 yaşlı oğlan qız üstündə bıçaqlandı…

  • By Admin2
  • 08 Fevral 2025 14:52

Bakıda 18 yaşlı oğlan mübahisə zəmnində bıçaqlanıb.

Gununsesi.info Bakupost.az-a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü Mirzə Vüsal oğlu Həsən öz evlərinin qarşısına çağırılaraq bıçaqlanıb. Hadisənin qız üstündə baş verdiyi deyilir.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info