
Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus “Mercedes” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.
Gununsesi.info-nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.
Daxil olmuş məlumata əsasən DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.
Avtomobili idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.
Gununsesi.info