Bakıda 2 avtomobil toqquşdu - ÖLƏNLƏR VAR

  • By admin
  • 15 Fevral 2018 08:40

Bakıda ağır yol qəzası baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda “KamAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info