Bakıda 2 avtomobilin toqquşması ölümlə nəticələndi – Video

  • By admin
  • 12 Avqust 2017 19:22

qeza-yol-nishani-2jpg-14-35-10
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.info ARB TV-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində “Mersedes” markalı minik avtomobili ilə “Hunday” markalı avtomobil toqquşub.

Bir nəfər həlak olub. Üç nəfər – Abbasov Nəsimi, Məmmədov Orxan və Gülməmmədov Namiq müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar üç saylı şəhər xəstəxanasına aparılıb. Həyati təhlükələri aradan qaldırılıb.

Hadisənin dəqiq baş vermə səbəblərini araşdırmaq üçün avtotexniki ekspertiza təyin edilib.

Gununsesi.info