Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Şirvan şəhər sakini Xəyalə Qubadlı Səbail rayonu ərazisində kirayədə yaşadığı mənzildə, Nərimanov rayonu ərazisində yaşayan Ruhəngiz Şərifova isə öz mənzilində dəm qazından zəhərlənərək ölüblər.
Gununsesi.info