Bakıda 2 övladının başı kəsilən qadından YENİ XƏBƏR

  • By admin
  • 13 Aprel 2017 16:39

531608

 

Bakının Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül xəsarətlər alan Lətifə Qasımovanın vəziyyəti hazırda stabilləşib.

Gununsesi.info-nun xəbərinə görə, L.Qasımova müalicə olunduğu 1 saylı şəhər xəstəxanasında  reanimasiya şöbəsindən palataya köçürülüb. Həkimlərin verdiyi məlumata görə,  onun həyatı təhlükəsi aradan qaldırılıb.

 Qeyd edək ki, L.Qasımovanın boğazında, əl və ayaqlarında çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var. 55 yaşlı A.Qasımova  hələki övladlarının qətlə yetirilməsindən xəbərsizdir.

Xatırladaq ki, məlum cinayəti törədən A.Cəfərov L.Qasımovanın bacısının kürəkənidir. O, qarət məqsədi ilə bu il aprelin 1-də L.Qasımovaya və övladlarına kəsici-deşici xəsarətlər  yetirib.

Belə ki, əvvəllər xuliqanlıq və yol qəzası törətdiyinə görə həbs edilən  A.Cəfərov L.Qasımovanın 16 yaşlı oğlu Saqil Qasımzadəni aldadaraq küçəyə çıxarıb və  bıçaqla boğazını kəsib. Bununla kifayətlənməyən  26 yaşlı Fəridə Qasımzadəni  də eyni üsulla qətlə yetirib.  L.Qasımova isə daha çox müqavimət göstıərib.  Qatil  evdən 207 ABŞ dolları  və 250 AZN  götürərək  meyitləri ona  məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müşahidə kameralarına düşən şəxs avtomobili ilə birgə çox keçmədən yaxalanıb.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Hazırda təhiqat aparılır.

Qətlə yetirilənlər 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olan neftçi  İman Qasımovun qardaşının övladlarıdırlar. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

Gülnaz Qənbərli

Gununsesi.info