Bakıda 20 yaşlı qız intihar etdi

Bakıda intihar hadisəsi olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Orada yaşayan, 20 yaşlı Kərimova Aysel Etibar qızı yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailəsi aşkar edib.

A.Kərimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info