Bakıda 21 əcnəbi saxlanıldı

Bakıda 21 əcnəbi saxlanıldı

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

DMX-dən Gununsesi.info-ya bildiriblər ki, fevralın 16-19-da keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilmiş on bir Pakistan, altı Banqladeş və dörd Hindistan vətəndaşı saxlanılıb. Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.

Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

Gununsesi.info

COMMENTS