Bakıda 23 yaşlı gənci avtomobil vurub

  • By admin
  • 15 Mart 2024 08:41

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, Binə qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Rəhimli Hakim Maarif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

 

Gununsesi.info