Bakıda 24 nəfər xəstəxanalara yerləşdirildi – BU SƏBƏBDƏN

  • By admin
  • 24 Fevral 2021 16:41

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası hava şəraiti ilə əlaqədar sürüşərək yıxılıb ağır xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.

Gununsesi.info-ya daxil olan məlumatda bildirilib ki, bu gün saat 15:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

Gununsesi.info