Bakıda 26 Bakı komissarlarının şərəfinə restoran açılıb - FOTO

  • By admin
  • 06 Sentyabr 2017 13:54

21272115_1638212822916772_3443348573116781646_n

Bakıda 1920-ci ilin əvvəlində erməni-bolşevik birləşməsi olan 26 Bakı komissarlarının şərəfinə restoran fəaliyyət göstərir. 
Gununsesi.info-ya verilən xəbər görə, restoranın “Sahil” metrosu yaxınlığında keçmiş 26 Bakı komissarlarının şərəfinə ucaldılan abidə və eyni adlı parkın yaxınlığında olduğu bildirilir.
Restoranın qapısının bir girişində rəqəmlə 26-lar, digər tərəfində isə ingiliscə 26-lar  sözü yazılıb. Bu bir daha göstərir ki, Bakıda  erməni-bolşevik düşüncəli insanlar aktivləşib və buna görə də açdıqları ticarət obyektinə belə bir adın qoyulmasından çəkinməyiblər. 
Bu barədə Gununsesi. info-ya məlumat verən tarixçi alim Dilavər Əzimli bunu biabırçılıq kimi qiymətləndirib: “Bunu edən kimdir. Məgər bura Ermənistandır? Bunların arxasında hansı şəbəkə dayanır? Bu lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən 26-lara Bakının mərkəzində restoran açılıb”. 
Tarixçi alim hesab edir ki, hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar bununla maraqlanmalıdır: “Onlar məsələ ilə bağlı açıqlama verib, bu 26-lar adına açıqlama gətirməlidirlər. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da 26-lar restoranı açılır”.
Gununsesi.info