Bakıda 26, rayonlarda 27 dərəcə isti olacaq

  • By admin
  • 06 Oktyabr 2016 12:32

hava-17

Bakı və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 15-18° isti, gündüz  21-26°, Bakıda gecə  15-17° isti, gündüz  24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Gununsesi.info