Bakıda 28 yaşlı gənc bıçaqlandı

  • By admin
  • 10 May 2021 09:31

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Rzazadə Nurlan Surxay oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Gununsesi.info