Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

  • By admin
  • 21 Fevral 2023 09:27

Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Tbilisi prospektində baş verib.

Zəncirvari qəza “Toyota”, “Saipa” və BMW markalı avtomobillərin iştirakı ilə qeydə alınıb.

Hadisənin təfərrüatı araşdırılır.