
Bakı şəhərində piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Bakı şəhər Yol Polisi İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində “Azsamand” markalı avtomobil 1991-ci il təvəllüdlü Arzuman Salmanov və Elçin Əliyevi, ”VAZ-2107” markalı avtomobil isə Zahir Əliyevi vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info