
Bakıda 3 otaqlı ev yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı yaşayış evində qaz sobasının ətrafı 3 m2 sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan 3 otaqlı yaşayış evinin mətbəxinin tavanı 1 m2 sahədə yanıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info










