Bakıda 3 otaqlı ev yanıb

  • By admin
  • 15 Mart 2018 08:20

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın tavanı 25 m2 sahədə əriyib.

Evin qalan hissəsi və bitişik olan qonşu ev yanğından mühafizə olunub.

Gununsesi.info