Bakıda 3 otaqlı evdə yanğın olub

  • By ilhame
  • 09 Yanvar 2024 19:43

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 36 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 21 m² sahədə əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info