Bakıda 35, rayonlarda 36 dərəcə isti gözlənilir

  • By admin
  • 19 Sentyabr 2017 12:19

hava2

Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında havaəsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  14-19°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°,  gündüz 21-26° isti olacağı gözlənilir.

Gununsesi.info