Bakıda qonaq olan hindistanlı turist qəfl vəfat edib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində baş verib.
Azərbaycana turist kimi gəlmiş Hindistan vətəndaşı, 1987-ci il təvəllüdlü Boljinder Singhin səhhəti qəfil pisləşib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq B.Singh vəfat edib.
Faktla bağlı araşdırma aparılır.