
Bakının Xətai rayonunda 39 yaşlı kişi özünü yaşadığı binadan yerə ataraq intihara cəhd edib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Xətai rayonu 823-cü keçid ev 4-də də yaşayan 1977-ci il təvəllüdlü Salmanov Salman İqromadinoviç yaşadığı binanın 3-cü mərtbəsindəki eyvandan özünü öldürmək məqsədi ilə yerə atıb. S.Salmanov bina sakinlərinin köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, S.Salmanov miliyyətcə yəhudidir.
Faktla bağlı araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info










