Bakıda 4 min dollar dəyərində yəhər oğurlayanlar saxlanıldı

  • By admin
  • 14 İyul 2021 15:16

Bakıda atçılıq mərkəzində oğurluq olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Binə Atçılıq” MMC-yə məxsus yardımçı təsərrüfatdan 4 min ABŞ dolları dəyərində iki ədəd yəhər oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri T.Musayev və K.Ələkbərov müəyyən edilərək saxlanılıb.