‘[
Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında xəbər verilir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 150 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info