Bakıda 42 yaşlı kişi polis bölməsində özünü bıçaqladı

  • By admin
  • 02 İyun 2019 01:21

Binəqədi polis idarəsində bir nəfər özünə xəsarət yetirib.

Gununsesi.org  xəbər verir ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb.

Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar.

Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.