Bakıda 44 yaşlı kişi özünü ağacdan asıb

  • By admin
  • 22 Dekabr 2017 10:33

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdi Qədir oğlu Nəbiyev yaşadığı evin həyətində tut ağacından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Gununsesi.info