Bakıda İran vətəndaşı avtomobillə vurulub.
Gununsesi.info report-a hadisə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində qeydə alınıb.
Tofiq Əsədovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən İran vərəndaşı, 1969-cu il təvəllüdlü Hossein Nejadı vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan 49 yaşlı piyada Bakı Slavyan Universitetinin tələbəsidir.
Gununsesi.info