Bakıda 49 yaşlı kişini döyüb öldürdülər

  • By admin
  • 29 Mart 2023 13:31

Bakıda qətl törədilib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 49 yaşlı Dəyanət Cəfərovu naməlum şəxs və şəxslər döyüblər.

Nəticədə ağır xəsarətlər alan Dəyanət Cəfərov yaşadığı evdə ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info