Bakıda 490 yol-nəqliyyat hadisəsi baş verib - 9 ayın statistikası açıqlanıb

  • By admin
  • 16 Oktyabr 2016 09:26

din-yol-qeza

Bu ilin doqquz ayı ərzində paytaxt ərazisində 490 yol-nəqliyyat hadisəsi baş verib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə oktyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, qəzalar nəticəsində 138 nəfər həlak olub, 515 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18,3 faiz, həlak olanların sayı 21,1 faiz, xəsarət alanların sayı 20,2 faiz azalıb.

Eyni zamanda, həm ümumi qayda pozuntularının (1,2), həm də kobud qayda pozuntularının aşkarlanması (0,1) azalıb, habelə 49 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Gununsesi.info