Gədəbəy rayon sakini 2 kiloqram ağ civəni metronun “Koroğlu” stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini Asif Alıyev 2 kiloqram ağ civəni metronun “Koroğlu” stansiyası yaxınlığında 5 min ABŞ dollarına satarkən tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Anar
Gununsesi.info