Bakıda vətəndaşa məxsus 5 otaqlı ev yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 5 otaqlı mənzilin 3 otağının yanar konstruksiyaları 57 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info