
Paytaxt sakini 50 yaşlı Sultanxanım Tərhet qızı Əliyeva Solmaz adlı qadına qarşı dələduzluq etdiyi üçün Suraxanı Rayon Polis İdarəisnin əməliyyatçıları tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, saxlanılan Sultanxanım Əliyeva istintaqa ifadəsində Solmaz xanımdan təxminən 10 min manat dəyərində yataq dəsti götürdüyünü etriaf edib. Tərəfələr arasındakı razılığa əsasən Sultanxanım götürdüyü malların pulunu onları satdıqdan sonra qaytarmalı imiş. Lakin o, 4 ay ərzində Solmaz xanımdan götürdüyü malları satıb və ona pul verməyib. Zərərçəkən bir müddət gözləyib, pulunu ala bilmədiyində polisə müraciət etməli olub.
Saxlanılan Sultanxanım Əliyevanın oxşar cinayətlərdə iştirakı istisna edilmədiyindən polis onun anoloji cinayətlərdə iştarıkının olub olmamasını araşdırır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Gununsesi.info