50 yaşlı kişinin meyidi qapı arxasından tapıldı

  • By admin
  • 03 Aprel 2021 22:12

Bakının Nəsimi rayonunda mənzildən kişi meyiti tapılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əliyev Elçin Əli oğlunun meyidini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info