Bakıda 50 yaşlı kişinin meyiti tapıldı

  • By admin
  • 03 Aprel 2021 20:19

Bakının Nəsimi rayonunda mənzildən kişi meyiti tapılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əliyev Elçin Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info