Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı

Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı


Bakıda mənzildə meyit tapılıb. Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Sultanov Elman İsayeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info

COMMENTS