Bakıda 63 min manatlıq seyf oğurlandı

  • By admin
  • 28 Oktyabr 2016 11:05

seyf

Bakıda içərisində 53 min manat pul və 10 min manatlıq qızıl olan seyf oğurlanıb.

Bu haqda Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Baş Cinayət Axtarışı İdarəsi, Yasamal Rayon Polis İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Muğbil Abıyevə məxsus evdən içərisində 53 min manat pul və 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Adıgözəl Mirzəyev tutulub, digər şəxs isə müəyyən edilib.

Gülnaz Qənbərli

Gununsesi.info