Bakıda 7200 manatlıq ayaqqabı oğurlandı

  • By admin
  • 05 İyul 2017 20:09

ajpg
Bakıda mağazadan 7200 manatlıq mal oğurlanıb.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, H.Seyidzadə küçəsi 25 ünvanında yerləşən mağazadan qapını sındırmaqla 7200 manat dəyərində ayaqqabı oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Gununsesi.info