Bakıda 8 ailəyə məxsus birmərtəbəli ev yandı

  • By admin
  • 16 Dekabr 2016 00:55

fhn-yangin-sonduren

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Binəqədi rayonunda ümumi sahəsi 730 m² olan birmərtəbəli bir dam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Gununsesi.info