Bakıda 83 nəfəri gün vurub

  • By admin
  • 07 Avqust 2017 10:12

59847137a4d51_gunvurmaaaa

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib.

Bu barədə Gununsesi.info Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı Stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfər xəstəxanaya yerləşdirilib.

Gununsesi.info