Bakıda 84 yaşlı qadın FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

  • By admin
  • 04 İyul 2018 10:27
Bakıda 84 yaşlı qadın faciəli şəkildə ölüb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən yaşayış binalarının birində 1934-cü il təvəllüdlü Şəkər Qasım qızı Şıxıyeva 8-ci mərtəbədən yıxılaraq ölüb.
 Faktla bağlı araşdırma aparılır.