Bakıda 9 marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirildi

  • By admin
  • 25 Oktyabr 2016 20:33

65-avtobus

Bakıda bir neçə avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O, bildirib ki, məlum olduğu kimi, ötən həftə Bakı şəhərinə yağan intensiv yağışlar nəticəsində Binəqədi rayonu Binəqədi şosesinin bir hissəsi yağış sularının altında qalıb. Mövcud vəziyyətin artıq bir neçə gündür davam etməsi yolda avtonəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkəti üçün ciddi təhlükə yaradıb. Hazırda yolda hərəkət tamamilə dayandırılıb.

N.Allahyarovanın sözlərinə görə, bu səbəbdən də həmin şosedən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində də müvəqqəti dəyişikliklər edilib. Məqsəd, sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Hazırda Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərlə birgə sərnişin avtobuslarının alternativ yollarla hərəkətinin təmin edilməsi istiqamətində iş aparır.
Gununsesi.info