Bakıda ABŞ-ın müstəqillik günü təntənəli şəkildə qeyd edildi / FOTOLAR

  • By arzu
  • 23 İyun 2023 20:37

ABŞ-ın müstəqilliyinin ildönümü ilə bağlı adıçəkilən ölkənin Bakıdakı səfirliyi təntənəli qəbul təşkil edib.

Gununsesi.info -nun xəbərinə görə, qəbulda Azərbaycan hökuməti adından Maliyyə Naziri Samir Şərifov çıxış edib.

Nazir Şərifov çıxışında ABŞ-Azərbaycan münasibətlərindən danışıb.

Şərifov iştirakçıları salamlayaraq, ABŞ xalqını Azərbaycan  Hökuməti adından təbrik edib.

Daha sonra Azərbaycan rəsmisi iki ölkən arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsini vurğulayıb.

30 illik dövrdə Azərbaycan və Amerika münasibətləri hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prisnipləri çərçivəsində inkişaf edərək bir çox sahələrdə; energetika, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal terrorizmlə mübarizə sahələrində olduqca aktiv inkişaf edərək genişlənib”.

Samir Şərifov Cocef Baydenin İlham Əliyevə məktubunu xatırladaraq, yazıda iki ölkə arasındakı əməkdaşlığın regionda inkişafı təmin etməsini bildirməsini xatırladıb.

Daha sonra nazir ABŞ-ın Azərbaycanın işğaldan azad edilən ərazilərində barışığın təminində, reinteqrasiyanı və qayıdışın təmin edilməsində dəstəkləyəcəyinə ümid etdiyini dilə gətirib.

Nazir ölkələrarası dostluğun möhkəmləndirilməsindən söz açaraq ümumi maraqlar çərçivəsində əlaqələrin möhkəmləndiriləcəyinə ümid etdiyini vurğulayıb.

Çıxışının sonunda Şərifov Amerika xalqına can sağlığı, əmin-amanlıq və firavanlıq arzulayıb.

Pərviz Həşimli

Gununsesi.info