Bakıda adam oğurlayan dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

HTML tutorial

Məhkəmənin hökmü ilə Hacıbəy Rzaxanovun 10 il, Məcidbəy Vəkilovun 10 il, Hüseyn Məlikovun 11 il müddətinə azadlıqdan mərhum edilib.

İstintaq orqanı tərəfindən Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 180-ci (soyğunçuluq), 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Gununsesi.info