Bakıda ağır yol qəzası baş verib

  • By ilhame
  • 27 Yanvar 2024 11:14

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

 

Gununsesi.info xəbər verir ki, 1985-ci il təvəllüdlü Vüqar Şahbalıyev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə İmam Rza məscidinin qarşısında qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

 

İlkin araşdırmalar zamanı vəfat edən piyadanın 1966-cı il təvəllüdlü Zöhrə Cəbrayıl qızı Xəlilova olması müəyyənləşib.

 

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.

Gununsesi.info