Bakıda ana 7 aylıq qızı ilə birgə yoxa çıxıb

Bakıda ana körpəsi ilə birgə itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Xətai rayonu, A.Qurban küçəsində yaşayan 37 yaşlı Gültəkin Qabil qızı Poladova 7 aylıq qızı Ziba ilə birgə evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə onun əri S.Poladov polisə müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.