Bakıda ana və 10 yaşlı oğlu maşının altında qaldı

  • By Mayil
  • 10 Noyabr 2017 11:08

Bakıda avtomobil 2 nəfəri vurub. 

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsində “Hyundai” markalı, 90 US 529 dövlət nömrə nişanlı avtomobil 38 yaşlı qadını və 10 yaşlı oğlunu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info