Bakıda ana və azyaşlı övladının öldüyü DƏHŞƏTLİ QƏZADAN GÖRÜNTÜLƏR

  • By admin
  • 20 Aprel 2021 09:37

Yolu keçmək istəyən ana və iki azyaşlı övladını maşın vurub.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Ana və iki azyaşlı övladı yolu keçmək istəyərkən Tağıyev Taleh Əhliman oğlu idarə etdiyi “Ravon” markalı avtomobillə onları vurub.

Nəticədə ana və azyaşlı oğlu dünyasını dəyişib. Digər qız uşağı isə xəsarət alıb.

Dərhal xəstəxanaya çatdırılan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Qəza baş verən ünvandan görüntüləri təqdim edirik:

Gununsesi.info