Sabunçu rayonunda 2 aptekdən oğurluğa cəhdin qarşısı vaxtında alınıb. Mühafizə polisinin çevikliyi oğruların cinayətlərini başa çatdırmalarına imkan verməyib.
Gununsesi.info xəbər verir ki, dekabrın 5-də gecə saat 04.14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində vətəndaş Mehman Nadirova məxsus aptekdən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları aptekdən oğurluğa cəhd göstərmiş Tovuz rayon sakini Vahid Məmmədtağıyevi saxlamağa nail olublar. Aptekin işçisi Nailə piriyevanın sözlərinə görə aptek işlədiyi gündən indiyədək oradan heç bir oğurluq olmayıb. Dekabrın 5-nə keçən gecə baş vermiş hadisədə isə aptekə ziyan dəyəməyib. Onu da qeyd edək ki anoloji hadisə dekabrın 1-də gecə saat 2 radələrində Zabrat qəsəbəsinə Faiq Quliyevə məxsus aptekdə də qeydə alınıb. Həmin gecə saat 01 34 radələrində sözü gedən aptekdən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları tez bir zamanda aptekə gəliblər. Hər 2 faktla bağlı araşdırma aparılır.
Gununsesi.info