Bakıda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

  • By admin
  • 12 Oktyabr 2016 10:16

qannnn

Bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir. 

Gununsesi.info-nun məlumatına görə, ölkənin 15 məscidində keçirilən könüllü qanvermə aksiyasında indiyə qədər 400-ə yaxın şəxs qan verib.

Aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

Anar
Gununsesi.info