Bakıda atəşfəşanlıq və konsert olacaq

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Gununsesi.info 1news.az-a istinadən xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.

Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.

 

Gununsesi.info