Bakıda ata və oğlu ölümcül döyülüb

  • By admin
  • 11 Noyabr 2016 10:54

dava-dalas22

Sabunçu rayonunda ata və oğul yaşadıqları mənzildə küt alətlə döyülüb.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanında 1959-cu il təvəllüdlü Rəhimov Əli Hüseyn oğlu və 31 yaşlı oğlu Orxan Rəhimov naməlum şəxslər tərəfindən küt alətlə döyülüb. Münaqişənin qarşısını qonşular ala bilib. Ağır yaralanan ata və oğlu xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsində (PB) araşdırma aparılır.

Gununsesi.info